MÜTƏVATİR HƏDİSLƏR

bir-biri ilə tanış olmayan çox saylı ravilərin eşitdikləri, gördükləri və ötürdükləri xəbərləridir. Onlar İslam ilahiyyatında ən etibarlı hədislər hesab edilirlər. Çünki ilahiyyatçılara görə çox saylı bir biri ilə bağlı olmayan insanlar öz aralarında anlaşaraq saxta bilgiləri ötürə bilməzdilər. Bəzi ilahiyyatçılara görə mütəvatir hədislərin mövzusu da mücərrəd deyil, insan duyğuları ilə duyulan şeylərdən olmalıdır. Hədislər xəbər olaraq bu yolla rəvayət edilirlərsə, onda onlara mütəvatir hədislər deyirlər. Onların sayı azdır. Hədislərin çoxu əhəd yollarla rəvayət edilmişdir. Xəbərin mütəvatir sayılması üçün onların neçə ravi tərəfindən rəvayət edilməsi problemi üzrə mühəddislər birliyə gələ bilməmişdirlər. Bəziləri onlarla, bəziləri isə yüzlərlə ravilərin xəbər verdiyi hədisləri mütəvatir saymışdırlar. Deməli, eyni hədis bir mühəddisə görə mütəvatir, digərinə görə isə mütəvatir olmaya bilər. Çoxlu sayda ravilərin söylədiyi hədislərin sözləri üst-üstə düşərsə onlara hərfi mütəvatir hədislər deyilir. Hərfi deyil, yalnız mənaları bir olan hədislərə isə məna üzrə mütəvatir hədislər adı verilmişdir. Məsələn, Məhəmməd peyğəmbərin gündə beş dəfə namaz qılması, oruc tutması, həccə getməsi, zəkat verməsi haqqında çoxlu sayda hədislər vardır. Bunlar məna üzrə mütəvatir hədislərdir. İslam ilahiyyatında mütəvatir hədislərin hökmlərinin icra edilməsi hər bir müsəlman üçün vacibdir. Onları inkar dini məsələlərə yanaşmada əqli dəlillərə xüsusi əhəmiyyət verən kəlam məktəbinin mənsubları olmuşdurlar. Bu məktəb Əməvilər hakimiyyəti dövrünün sonunda yaranmış, Abbasilər dövründə isə inkişaf etmişdir. İslam tarixçilərinə görə mütəzililiyin yaradıcısı Vasil ibn Əta olmuşdur. O, Həsən Bəsrinin tələbəsi olmuş, onun yığıncaqlarında fəal iştirak edib ən mübahisəli məsələlərə toxunmuşdur. Bir dəfə böyük günahlar törətmiş müsəlmanın durumu haqqında mübahisə düşmüşdür. Bu məsələdə Vasil ibn Əta Həsən Bəsriyə qarşı çıxış edib böyük günahlar etmiş müsəlmanları mömin saymamış, onların inancla inancsızlığın arasında olmasını iddia etmişdir. Bundan sonra o, Həsən Bəsridən ayrılmış, öz məktəbini yaratmışdır. Buna görə də, onun məktəbi “mütəzili” (ayrılmışlar) adlandırılmışdır. Mütəzililiyin yaranması Xilafıtin inkişafı və İslamın dünya dininə çevrilməsi ilə bağlı olmuşdur. Müsəlmanlar dünyaya açıldıqda başqa mədəniyyətlər, dinlər və fəlsəfi düşüncələrlə qarşılaşmışdılar. Buna görə də öz dini baxışlarını sistemləşdirmək, onları məntiq və ağılın dəlilləri ilə izah etmək məcburiyyətində qalmışdılar. Bu istiqamətdə məhz mütəzililər böyük işlər görmüşdürlər. Onlar özəl bir təlim yaratmış və İslamın müddəalarını müdafiə etmək üçün filosoflar, xristianlar, yəhudilər, zərdüştilər və bəzi İslam məzhəblərinin nümayəndələri ilə mübahisələr apara bilmişdirlər. Əməvi xilafətinin ilk onilliklərində mütəzililər siyasi aktivlik göstərməmiş, yalnız fəlsəfi və ilahiyyat problemləri ilə məşğul olmuşdurlar. 121/739-cu ildə mütəzililər siyasətə qarışaraq Zeyd ibn Əlinin Əməvilərə qarşı üsyanını dəstəkləmiş və buna görə də, Xəlifə Hişam tərəfindən təqib olunmuşdurlar. Ancaq bu təqiblər mütəzililərin siyasi nüfuzunu daha da artırmışdır. Onlar 126/744- cü ildə saray çevrilişi edib, xəlifə Yəzid ibn Validi hakimiyyətə gətirə bilmişdirlər. Ancaq o, tezliklə taxtdan düşürülmüşdür. Abbasilər dövründə isə mütəzililərin nüfuzu daha da artmışdır. Abbasilər ilk zamanlar onları dəstəkləmişdirlər. Xəlifə Məmunun dövründə isə mütəzililik Xilafətin rəsmi təliminə çevrilmişdir. Ancaq, mütəzililərin güclənməsi ənənə tərəfdarlarının etirazlarına gətirib çıxartmışdır. Ağıla çox önəm verən mütəzili təlimi çox vaxt ənənəvi İslam tərəfdarlarının dini təsəvvürlərinə uyğun gəlmirdi. Buna görə də, onların arasında ixtilaf qızışmış və getdikcə dərinləşmişdir. Ənənəçilər və mütəzililər mübahisələr aparmış, bir-dirlərini təkzib və tənqid etmişdirlər. Mütəzililik Xilafətin rəsmi təliminə çevrildikdən sonra ənənəvi İslam tərəfdarlarına qarşı “mihnət” adlandırılan təqiblər başlamışdır. Ancaq o təqiblər geniş miqyaslı olmamışdır. Ənənə tərəfdarları olan ilahiyyatçılardan yalnız bir neçəsi tutulmuş, onlardan mütəzili təlimini qəbul etmək tələb edilmişdir. Onlardan biri Əhməd ibn Hənbəl idi. Mütəzililik xəlifə Mütəsimin (218/833 – 227/842) və Vasiqin (227/842 – 232/847) hakimiyyətləri dövründə də Xilafətin rəsmi təlimi olmuşdur. Ancaq ənənə tərəfdarlarının etirazları daha da genişlənirdi. Buna görə də, Xilafətdə siyasi sabitliyin pozula biləcəyindən ehtiyat edən xəlifə Mütəvəkkil (232/847 – 247/861) mütəzili təlimindən imtina etmiş, ənənəçilərin mövqeyini dəstəkləmişdir. Bundan sonra mütəzililər zəifləmiş, tədricən öz siyasi və ictimai nüfuzlarını itirərək ortadan çıxmışdırlar. Yalnız müasir dövrümüzdə mütəzililiyi dirçəltməyə cəhd edən qruplar yaranmışdır. Mütəzililiyin məğlub olmasının səbəbi onun elitar təlim olduğunda idi. Sadə xalq kütlələri üçün ənənəvi İslam daha da anlaşıqlı olmuşdur. Ona görə də, xalq kütlələri ənənəçiləri dəstəkləmişdir. Xəlifələr də siyasi sabitliyi qorumaq üçün mütəzililikdən imtina etmişdirlər. Mütəzililərin arasında birlik olmamış, onlar bir çox qruplara və təriqətlərə parçalanmışdırlar. Mütəzililərə görə İslam inancının beş təməli vardır və bunlar dinin əsasıdır: 1. Tövhid (Allahın birliyinə inanc); 2. Ədl (Allahın ədalətli olduğuna inanc); 3. Əl-vəd va əl-vəid (Allahın vəd etdiyini icra edəcəyinə inanc); 4. Əl-Mənzilətü Bəynəl-Mənziləteyn (İnancla dinsizlik arasındakı aralıq durumunun olmasına inanc); 5. Əmri bil-Məruf və Nəhy ənil-Münkər (İnsanların yaxşı işlər görməyə və pis işlərdən çəkinməyə çağırmağın vacibliyinə inanc). Mütəzililərin ilahiyyatda özlərinə məxsus metodu olmuşdur. Onlar ilk olaraq Quranın açıq-aydın ayələri ilə (nasslarla) hökm verirdilər. Ancaq ayələri ağılın dəlilləri və məntiqlə uyğunlaşdırırdılar. Onlar sağlam düşüncəyə uyğun olmayan hər şeyi inkar edirdilər. Ağıla uyuşmayan vəhyi isə onlar alleqorik məna da izah edirdilər. Onlara görə nəyinsə pis və ya yaxşı olmasını təkcə vəhylə deyil, sağlam düşüncə ilə də ayırd etmək mümkündür. Onlardan sonra onlara qarşı çıxış edən sünni ənənəçiləri də inanclarını ağıl baxımdan doğrulamaq üçün öz kəlamlarını (I) yaratmışdırlar. Şiələrin də öz kəlamları mövcuddur. Mütəzili təliminin ənənəvi məktəblərdən bir çox fərqləri olmuşdur. Onlar Allahın çoxlu sifətlərə (atributlara) malik olmasını inkar etmiş, bunu tövhidin pozulması kimi qiymətləndirmişdirlər. Onlar sifətlərin Allahın zatından fərqli olmadığını iddia edirdilər. Daha bir fərq Qurana münasibətdə özünü göstərirdi. Ənənəçilər iddia edirdilər ki, Quran Allahın əbədi və əzəli sözüdür, ondan ayrılmazdır. Mütəzililər bu iddianı rədd etmiş, bunu da tövhidin pozulması, Quranın tanrılaşdırılması kimi dəyərləndirmişlər. Onlara görə Quran zaman və məkanda daxilində Allah tərəfindən yaradılmışdır. Ağılın dəlillərinə üstünlük verdikləri üçün mütəzililər ənənəçilərin bir çox inancını inkar edirdilər. Ənənəçilərdən fərqli olaraq mütəzililər qəbir əzabına, möminlərin cənnətdə Allahı görəcəklərinə, Musa peyğəmbərin birbaşa Allahla danışmasına inanmamışdırlar. Axirət inancına münasibətlərində də mütəzililərin ənənəçilərdən fərqləri var idi. Belə ki, onlar günahkar müsəlmanların cəhənnəmdə xüsusi yerdə olacağına və nisbətən az əzablar görəcəyinə inanırdılar.
MÜTƏŞABİH AYƏLƏR
NAFİ İBN HÜRMÜZ
OBASTAN VİKİ
Hədislər
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. == Tarixi == Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – (Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.